Reklam resmi
Reklam resmi

Amerikalı polkovnik: Zelenski üç ay ərzində ölə bilər

Amerikalı polkovnik: Zelenski üç ay ərzində ölə bilər
Dünya

ABŞ ordusunun istefada olan polkovniki Lourens Uilkersen Ukrayna prezidenti Vladimir Zelenskinin növbəti üç ay ərzində həyatını itirə biləcəyini bildirib.

Ajans.az xəbər verir ki,o,bu barədə bloger və sabiq hakim Endryu Napolitanoya verdiyi müsahibədə deyib. Müsahibə YouTube platformasında yayımlanıb.

Uilkersenin sözlərinə görə, Ukrayna üçün cəbhədəki vəziyyət son dərəcə ağırdır və Rusiya prezidenti Vladimir Putin istəsə, "xüsusi hərbi əməliyyatı asanlıqla başa çatdıra bilər". O qeyd edib ki, hazırda cəbhədəki qüvvələr nisbəti Moskvanın xeyrinə dəyişib.

Bununla belə, polkovnik əlavə edib ki, Rusiya mövcud ehtiyat və imkanlara baxmayaraq, əməliyyatı tədricən və mərhələli şəkildə aparmağa üstünlük verir və onun dərhal başa çatmasında maraqlı görünmür.

Bu açıqlama Ukrayna ordusunda ruh düşkünlüyü ilə bağlı yayılan xəbərlərin fonunda səslənib. Qeyd edək ki, bir müddət əvvəl Ukrayna mediası 11-ci sərhəd dəstəsinin komandiri Ruslan Tsapyukun əsgərlərini tərk edərək Odessaya məzuniyyətə getdiyini yazmışdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Lourens Uilkersen Ukrayna Vladimir Zelenski

Digər Xəbərlər