Suriyanın XİN rəhbəri ABŞ-yə getdi - 25 ildə ilk
Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ABŞ-yə rəsmi səfər edib.
Ajans.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın “Al-Ikhbaria” telekanalı yayıb.
Şibani və onu müşayiət edən nümayəndə heyəti hazırda Vaşinqtondadır.
Bildirilib ki, bu, Suriya XİN rəhbərinin son 25 ildə ABŞ-yə ilk səfəridir.
Mövzular: