Ajans.az xəbər verir ki, bu məlumatı ölkənin xüsusi xidmət orqanlarının əlaqələndirici naziri Tomaş Semonyak təsdiqləyib.

“Hər şey onu göstərir ki, bu, Polşanı qoruyan, vətəndaşlarımızı qoruyan təyyarəmizdən atılan raket olub”, - o qeyd edib.

Semonyakın sözlərinə görə, vətəndaşa dəymiş zərər qarşılanacaq.

Nazir araşdırmanın hələ də davam etdiyini, PUA-ların və raketin qalıqlarının diqqətlə öyrənildiyini söyləyib.