Reklam resmi
Reklam resmi

Kreml Navalnayanın zəhərlənmə ilə bağlı iddialarına münasibət bildirib

Kreml Navalnayanın zəhərlənmə ilə bağlı iddialarına münasibət bildirib
Dünya

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, müxalif siyasətçi Aleksey Navalnının dul arvadı Yuliya Navalnayanın ərinin zəhərləndiyinə dair son açıqlamaları ilə tanış olmadığını bildirib.

Ajans.az xəbər verir ki,Peskov bu barədə çərşənbə günü keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Onun bu ifadələri barədə heç nə bilmirəm, buna görə də şərh verə bilmərəm", – deyə Kremlin sözçüsü qeyd edib.

Jurnalistlər Peskova Yuliya Navalnayanın ərinin biopsiyasının nəticələrinin iki müxtəlif ölkənin laboratoriyaları tərəfindən təsdiqləndiyini bildirdiyi videonu xatırladıblar. Peskov isə həmin məlumatlarla tanış olmadığını vurğulayıb.

“Test nəticələri siyasi vəziyyətə təsir etmir” – Peskov

Kremlin nümayəndəsi əlavə edib ki, istənilən test və ya tibbi nəticələr Rusiya daxilindəki siyasi vəziyyətə təsir göstərmək gücündə deyil.

Bundan əlavə, jurnalistlər Peskovdan laboratoriyaların nəticələri niyə ictimaiyyətə açıqlamadıqları ilə bağlı sual veriblər. O isə bu məsələ ilə bağlı hər hansı məlumata malik olmadığını bildirib.

Xatırladaq ki, Yuliya Navalnaya bu həftə ərinin 2024-cü ilin fevralında həbsdə ikinci dəfə zəhərləndiyini və bu faktın iki fərqli ölkədə aparılan laboratoriya testləri ilə təsdiqləndiyini bəyan etmişdi. O, laboratoriyalardan nəticələri dərhal dərc etməyə çağırmış və Vladimir Putini Navalnının qətlində birbaşa ittiham etmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Yuliya Navalnaya Dmitri Peskov

Digər Xəbərlər