Reklam resmi
Reklam resmi

İspaniya İsrail Eurovision-da iştirak edərsə müsabiqəni boykot edəcək

İspaniya İsrail Eurovision-da iştirak edərsə müsabiqəni boykot edəcək
Dünya

İspaniya Çərşənbə axşamı açıqlama verərək, İsrail Qəzza zolağında apardığı müharibəyə görə Eurovision Mahnı Müsabiqəsindən kənarlaşdırılmadığı təqdirdə, yarışmada iştirak etməyəcəyini bildirib. Beləliklə, ölkə İsrailə qarşı boykot çağırışlarına qoşulanlar sırasına daxil olub.

Ajans.az xəbər verir ki,bu mövqe ilə daha əvvəl Hollandiya, İrlandiya və Sloveniya çıxış etmişdi. İspaniyanın da həmin ölkələrə qoşulması həm İsrailə, həm də Eurovision-u təşkil edən Avropa Yayım Birliyi (EBU)-ya təzyiqləri artırır.

İspaniyanın ictimai yayım qurumu RTVE, qərarın Madriddə keçirilən idarə heyəti iclasında qəbul edildiyini açıqlayıb.

Bu bəyanat İspaniya ilə İsrail arasında diplomatik gərginliyin artdığı bir vaxtda səsləndirilib. Ötən həftə İsrailə məxsus velosiped komandasının İspaniyanın məşhur Vuelta yarışında iştirakı əleyhinə kütləvi etirazlar keçirilmiş və tədbirə maneələr yaranmışdı.

İspaniyanın Baş naziri Pedro Sançes bazar ertəsi açıqlamasında, İsrailin beynəlxalq idman yarışlarında iştirakının qadağan olunmasını istədiyini bildirmişdi.

Avropa Yayım Birliyi keçən həftə üzv ölkələrlə “Eurovision-da iştirak və geosiyasi gərginliyin necə idarə olunması” mövzusunda məsləhətləşmələr apardığını və hər bir iştirakçı ölkəyə 2024-cü ilin dekabr ayının ortalarına qədər yekun qərar vermək üçün vaxt tanındığını bildirmişdi.

Xatırladaq ki, Rusiya, 2022-ci ildə Ukraynaya tammiqyaslı hücum həyata keçirdikdən sonra Eurovision müsabiqəsindən çıxarılmışdı. Buna baxmayaraq, İsrail 2023 və 2024-cü illərdə apardığı hərbi əməliyyatlara və beynəlxalq narazılıqlara baxmayaraq yarışmada iştirak edib.

2025-ci il Eurovision Mahnı Müsabiqəsinin final mərhələsi may ayında Avstriyanın paytaxtı Vyanada keçirilməsi planlaşdırılır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İspaniy Eurovision İsrail

Digər Xəbərlər