Reklam resmi
Reklam resmi

Tramp avstraliyalı jurnalistlə gərgin mübahisə yaşayıb

Tramp avstraliyalı jurnalistlə gərgin mübahisə yaşayıb
Dünya

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avstraliyanın ABC kanalının jurnalisti Con Lyons ilə gərgin mübahisə yaşayıb.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,hadisə Trampa prezident vəzifəsinə qayıtdıqdan sonra nə qədər varlandığı və biznes maraqlarının necə dəyişdiyi ilə bağlı sual verildikdən sonra baş verib.

Tramp əvvəlcə “Bilmirəm” cavabını verərək ailə biznesi ilə hazırda övladlarının məşğul olduğunu bildirib. Lakin o, dərhal jurnalisti ittiham edərək deyib: “Məncə, siz hazırda Avstraliyaya çox zərər verirsiniz. Onlar isə mənimlə əməkdaşlıq etmək istəyirlər.”

Keçmiş prezident əlavə edib ki, Avstraliyanın baş naziri Entoni Albanese ilə “çox yaxında” görüşəcək və bildirib: “Ona sənin haqqında danışacağam. Çox pis səsləndin.”

Jurnalist daha bir sual vermək istədikdə Tramp şəhadət barmağını dodaqlarına tutaraq “Sakit” deyib və başqa bir jurnalistlə danışmaq üçün uzaqlaşıb.

Qeyd edək ki, iyun ayında Tramp Yaxın Şərqdəki müharibə səbəbindən G20 sammitini vaxtından əvvəl tərk etdikdən sonra onunla Albanese arasında planlaşdırılan görüş təxirə salınmışdı. O vaxtdan bəri Avstraliya tərəfi bu görüşün baş tutmasına çalışırdı.

Baş nazir Albanese yaxın günlərdə BMT Baş Assambleyasında iştirak üçün ABŞ-da olacaq. O, ABC radiosuna müsahibəsində bildirib ki, Trampla “Nyu Yorkda görüşəcəklər”. “O, gələn həftənin çərşənbə axşamı gecə ziyafət təşkil edir. Həmçinin ilin sonunadək keçiriləcək müxtəlif forumlarda da bir-birimizi görəcəyik”, — deyə baş nazir əlavə edib.

Tramp administrasiyası ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanmış və 368 milyard dollar dəyərində olan AUKUS sualtı qayıq müqaviləsinə yenidən baxıldığını elan etdikdən sonra Vaşinqton-Kanberra münasibətləri gərginləşmişdi.

Aprel ayında isə Avstraliya ABŞ-a etdiyi bütün ixracatda azı 10% tariflə üzləşdi. Baş nazir bu addımı “dostyana olmayan” bir qərar kimi dəyərləndirmişdi.

Jurnalist Con Lyons baş verənlərlə bağlı açıqlamasında bildirib ki, verdiyi suallar nəzakətli və hüquqi çərçivədə idi: “Təxribatçı hesab etmədiyim suallar vermək mənim üçün tamamilə normaldır. Sorğularım ədalətli, tədqiqata əsaslanmış və təhqiramiz şəkildə verilməmişdi.”

ABC isə qeyd edib ki, bu suallar Trampın vəzifəyə qayıtdıqdan sonra biznes maraqlarını araşdıran "Four Corners" proqramının bir hissəsi olaraq hazırlanmışdı.

Hadisədən qısa müddət sonra Ağ Evin rəsmi sosial media hesabında Trampın cavabını əks etdirən paylaşımda belə başlıq yer aldı: "Tramp kobud xarici saxta xəbərlər nümayəndəsinə zərbə endirir."

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər