Reklam resmi
Reklam resmi

Tramp öz kürəkəninə Ağ Evdə vəzifə vermək istəyir!

Tramp öz kürəkəninə Ağ Evdə vəzifə vermək istəyir!
Dünya

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni və keçmiş müşaviri Cared Kuşner Ağ Ev rəhbərinin yeni administrasiyasına qayıtmayacaq.

Ajans.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən yazır.

“Cared Kuşner yeni administrasiyada Ağ Evə qayıtmayacaq, lakin Yaxın Şərqdəki siyasət məsələləri üzrə məsləhətlər verə bilər”, – deyə, nəşr bildirib.

Nəşrin yazdığına görə, Kuşner Trampın baş müşaviri kimi Yaxın Şərq sülh planının yaradılmasında, eləcə də İsraillə bir sıra ərəb dövlətləri arasında diplomatik əlaqələr quran sazişlər üzrə danışıqlarda mühüm rol oynayıb. Trampın andiçmə mərasimindən sonra ərəb dünyasında İsraillə diplomatik əlaqələri olan ölkələrin sayını artırmağa çalışacağı gözlənilir.

 

author picture
Ajans_az Muxbir
Mövzular:
Tramp Ağ Ev Vəzifə Kürəkən Cared Kuşner

Digər Xəbərlər