Reklam resmi
Reklam resmi

Aİ bu səbəbdən Finlandiyaya 1,6 milyard avro AYIRACAQ

Aİ bu səbəbdən Finlandiyaya 1,6 milyard avro AYIRACAQ
Dünya

Finlandiya Avropa İttifaqının (Aİ) növbəti çoxillik maliyyə proqramı çərçivəsində daxili təhlükəsizlik və sərhədlərin mühafizəsi üçün əvvəlkindən, demək olar ki, üç dəfə çox - 1,6 milyard avro alacaq.

Ajans.az Finlandiya mətbuatına istinadən xəbər verir ki, bunu Avropanın daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner bildirib.

Brunnerin sözlərinə görə, Finlandiya artıq 80 milyon avro məqsədli maliyyə vəsaiti alıb və həmçinin 90 %-i Aİ tərəfindən maliyyələşdirilən avadanlıqların, əsasən, pilotsuz təyyarələrin alınması üçün 150 milyon avro dəyərində "Frontex" proqramını işə salır.

Yeni maliyyələşdirmə sərhəd nəzarətinin gücləndirilməsinə, pilotsuz təyyarələrin və əks-dron sistemlərinin inkişafına, Aİ-nin şərq sərhədi boyunca real vaxt rejimində müşahidə imkanlarının artırılmasına yönəlib.

Mövzular:
yardım Finlandiya avro

Digər Xəbərlər