Netanyahu xalqı sanksiyalara hazır olmağa ÇAĞIRDI
Artan beynəlxalq təzyiq altında olan İsrail təcrid olunmağa hazırlaşmalıdır və autarkiyə - iqtisadiyyatda maksimum özünü təmin etmək rejiminə keçmək məcburiyyətində qala bilər.
Ajans.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ölkənin Maliyyə Nazirliyində keçirilən konfransda bildirib .
"Biz getdikcə daha çox autarkiyanın elementləri olan iqtisadiyyata uyğunlaşmalı olacağıq", - deyə o qeyd edib.
Netenyahu ölkəsinin hazırda beynəlxalq səhnədə yeni və mürəkkəb diplomatik reallıqla üzləşdiyini etiraf edib: "Mən bu sözü bəyənmirəm. Azad bazara inanıram və İsraili bazar inqilabına gətirmək üçün çalışmışam. Lakin biz müdafiə sənayemizin bloklanacağı bir vəziyyətə düşə bilərik. Biz yerli müdafiə sənayesini inkişaf etdirməli olacağıq".
Onun sözlərinə görə, İsrailə təzyiq göstərilməsi üçün Avropa ölkələrində yaşayan müsəlman azlıqlar hakimiyyətlərə təzyiqlər göstərir: "Həmçinin Qətər və Çin bu təzyiqləri dəstəkləyir. Rəqiblərimiz bundan sui-istifadə edirlər. Çin və Qətər süni intellektə, yeni media resurslarına külli miqdarda pul yatırır və onlar daha çox gücə malikdirlər. Ənənəvi media isə beynəlxalq azlıqlara qoşulur. Bu, bizi təcrid vəziyyətinə salır. Biz bununla mübarizə aparmalı olacağıq".
Baş nazir hesab edir ki, İsrail öz daxili imkanlarına arxalanaraq və qədim Yunanıstanın Afina və Sparta şəhər dövlətlərinin nümunələrinə nəzər salmaqla bunun öhdəsindən gələ bilər: "Biz Afina və super-Sparta olmaq məcburiyyətində qalacağıq. Başqa seçimimiz yoxdur. Ən azı yaxın illərdə bu təcrid cəhdləri ilə məşğul olmalıyıq. İndiyə qədər işləyənlər indi işləməyəcək".