Reklam resmi
Reklam resmi

Hindistan–Pakistan gərginliyi idmana da çatdı:əl sıxışma olmadı

Hindistan–Pakistan gərginliyi idmana da çatdı:əl sıxışma olmadı
Dünya

Hindistan və Pakistan arasında siyasi gərginlik kriket meydanına da təsir göstərib. Dubayda keçirilən Asiya Kuboku çərçivəsində komandalar arasında baş tutan oyundan əvvəl və sonra ənənəvi əl sıxışma baş verməyib.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, Zimbabveli matç hakimi Endi Pycroft hər iki komandanın kapitanı – hindistanlı Suryakumar Yadav və pakistanlı Salman Əli Ağadan sikkə atma mərasimində əl sıxmamağı xahiş edib.

PCB yayımladığı bəyanatda bu addımı "idmançılıq prinsiplərinə zidd" adlandıraraq Beynəlxalq Kriket Şurasına (ICC) rəsmi şikayət təqdim etdiyini bildirib. Şura Pycroftun turnirdəki gələcək vəzifələrindən kənarlaşdırılmasını tələb edib.

Matçın sonunda Hindistan komandasının oyunçuları rəqiblərlə əl sıxışmadan meydanı tərk ediblər. Pakistan baş məşqçisi Mike Hesson bildirib ki, “komanda əl sıxışmağa hazır idi, lakin Hindistan tərəfi artıq paltardəyişmə otağına getmişdi”.

Hindistanın kapitanı Suryakumar Yadav mətbuat konfransında komandanın BCCI və hökumətin təlimatlarına uyğun hərəkət etdiyini deyib:

“Biz buraya sadəcə oyun oynamağa gəlmişik. Pahalgamdakı terror hücumlarının qurbanları ilə həmrəyliyimizi bildiririk.”

Qeyd edək ki, bu oyun apreldə Hindistanın nəzarətində olan Kəşmirdə baş verən silahlı hücumdan sonra iki komanda arasında ilk görüş olub. Turnir hər iki komandanın bir-birinin ölkəsində oynamaması səbəbilə BƏƏ-də keçirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan Pakistan

Digər Xəbərlər