Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq döl AŞKARLANDI
Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq ölü qız dölü aşkarlanıb.
Ajans.az xəbər verir ki, Sentyabrın 14-də, saat 14:20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.
Dölün kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıblar.
Döl aidiyyəti qurumlara təhvil verilib.
TƏBİB-dən bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd olunub ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: