Reklam resmi
Reklam resmi

Orban: “Fon der Leyenin Brüsseli tərk etmə vaxtı çatıb”

Orban: “Fon der Leyenin Brüsseli tərk etmə vaxtı çatıb”
Dünya

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə qarşı tənqidlərin səviyyəsi artmaqda davam edir. Macarıstanın baş naziri Viktor Orban bildirib ki, fon der Leyenin siyasi kursu Avropa İttifaqını (Aİ) “uçuruma doğru aparır” və onun “çantalarını yığıb vəzifəsini tərk etməsinin vaxtı çatıb”.

Ajans.az xəbər verir ki,bu barədə Orbanın bəyanatını Macarıstan hökumətinin beynəlxalq kommunikasiyalar üzrə dövlət katibi Zoltan Kovaç sosial şəbəkədə paylaşıb.

"Bütün əsas məsələlərə yenidən baxılmalıdır, çünki Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa İttifaqı təhlükəli istiqamətə yönəlib. İndi o, Brüsseli daha effektiv siyasət yürüdə bilən şəxslərə təhvil verməlidir", – deyə Orban bildirib.

Macarıstan lideri daha əvvəl də fon der Leyeni militarist yanaşmalarına, maliyyə təzyiqləri ilə üzv ölkələri yönləndirməyə çalışmasına və Brüsselin mərkəzləşdirilmiş siyasətini zorla qəbul etdirməyə çalışmasına görə tənqid etmişdi.

Xatırladaq ki, sentyabrın 10-da Avropa Parlamentində çıxış edən Ursula fon der Leyen Aİ-nin xarici siyasət məsələlərində yekdil səsvermə prinsipinin ləğv edilməsini təklif etmişdi. Bu təşəbbüs bir sıra üzv ölkələr, o cümlədən Macarıstan tərəfindən narazılıqla qarşılanıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ursula fon der Leyen Viktor Orban

Digər Xəbərlər