Jurnalist Səidə Bəkirqızının işdən çıxma səbəbi BƏLLİ OLDU
Xeyli müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan Mediatürk.TV-nin aparıcısı Səidə Bəkirqızı barədə xəbərlər yayılıb.
Ajans.az xəbər verir ki, sosial mediada jurnalistin qaçqın və məcburi köçkünlərlə bağlı fikirlərinə görə işdən çıxarıldığı bildirilir.
Lakin bu belə deyil, bu barədə məlumat jurnalistin özü ilə dəqiqləşdirilib.
Səidə Bəkirqızı Mediatürk.TV-dən ayrılması ilə bağlı xəbəri təsdiqləyib və hələ avqust ayında işdən çıxması ilə bağlı rəsmi ərizə yazdığını bildirib.
Məsələnin söylədiyi fikirlərlə əlaqəli olmadığını vurğulayan jurnalist artıq “Space” televiziya kanalında işə başladığını da qeyd edib. \Globalinfo.az
Mövzular: