Reklam resmi
Reklam resmi

NASA Çinə kosmik proqramlarda işləməsini qadağan edib

NASA Çinə kosmik proqramlarda işləməsini qadağan edib
Dünya

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Çin vətəndaşlarına agentliyin obyektlərində, materiallarında və şəbəkələrində işləməyi qadağan edib.

Ajans.az xəbər verir ki,bu barədə Bloomberg agentliyi məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Qərar sentyabrın 5-də etibarlı ABŞ vizası ilə NASA-da çalışan və ya təcrübə keçən Çin vətəndaşlarına agentliyin sistem və qurğularına girişin kəsilməsi ilə müşahidə olunub. NASA sonradan bu addımı təsdiqləyərək bildirib ki, dəyişikliklər “işimizin təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilib”.

NASA-nın mətbuat katibi Bethany Stevens təsdiq edib ki, Çin vətəndaşlarına qarşı daxili təhlükəsizlik tədbirləri görülüb və bu tədbirlər obyektlərə fiziki və kibertəhlükəsizlik səviyyəsində girişin məhdudlaşdırılmasını əhatə edir.

Mənbələrin sözlərinə görə, bu dəyişiklik bir sıra çinli tədqiqatçılar və podratçıların görüşlərdə iştirakını, eləcə də elmi araşdırmalara töhfə verməsini də məhdudlaşdırıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
NASA Çin

Digər Xəbərlər