Qətər Netanyahunun ittihamlarını "dəli ifadələr" adlandırıb
Qətər Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəni terrorçulara sığınacaq verməkdə ittiham etməsini sərt şəkildə tənqid edib.
Ajans.az xəbər verir ki,bu barədə RİA Novosti Qətər XİN-in yaydığı açıqlamaya istinadla məlumat yayıb.
“Qətər Dövləti, İsrailin Baş naziri Benyamin Netanyahunun Qətərdə HƏMAS ofisinin mövcudluğu və Qətər ərazisinə hücuma haqq qazandırmaq üçün irəli sürdüyü həyasız və çılğın iddialarını qətiyyətlə pisləyir”, – deyə bəyanatda bildirilib.
Açıqlamada qeyd olunur ki, İsrail hökumətinin bu cür "əsassız və məsuliyyətsiz bəyanatları" regionda gərginliyi daha da artırmaq təhlükəsi daşıyır.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi zərbələrdən sonra Benyamin Netanyahu Qətər hakimiyyətini “terrorçulara sığınacaq verməkdə” ittiham etmişdi.
Mövzular: