Reklam resmi
Reklam resmi

Əxlaqsızlıq “yayan” reperi Xamenei əfv etdi

Əxlaqsızlıq “yayan” reperi Xamenei əfv etdi
Dünya

İran rəhbəri Əli Xamenei barəsində edam hökmü çıxarılan reper Əmir Hüseyn Məqsudlunu (Tətəlu) əfv edib.

Ajans.az xəbər verir ki, bu haqda reperin bacısı məlumat yayıb.

Hüseyn Məqsudlunun (Tətəlu) vəkili Atifə Hazeq isə əfv fərmanının rəsmən elan edilmədiyini bildirib.

Qeyd edək ki, Əmir Hüseyn Məqsudlu 2023-cü ilin dekabrında Türkiyədə saxlanılaraq İrana təhvil verilib. İran məhkəməsi onu “əxlaqsızlığı və fahişəliyi təşviq etməkdə” və “peyğəmbəri və islam müqəddəslərini təhqir etmək”də günahlandıraraq, edama məhkum edib.

Mövzular:
Əli Xamenei Əmir Hüseyn Məqsudlu(Tətəlu) Əfv

Digər Xəbərlər