Reklam resmi
Reklam resmi

Rusiyalı ekspert: Ən təhlükəli viruslar Ukraynadan gətirilib

Rusiyalı ekspert: Ən təhlükəli viruslar Ukraynadan gətirilib
Dünya

BMT-nin Silahsızlanma Komissiyasının keçmiş üzvü, tanınmış hərbi ekspert İqor Nikulin bildirib ki, Rusiyaya qarşı daimi bioloji müharibə aparılır və bu prosesdə ən təhlükəli mikroorqanizmlər Ukrayna ərazisindən ölkəyə gətirilib.

Ajans.az xəbər verir ki.onun sözləri aif.ru portalı tərəfindən yayımlanıb.

“Biz artıq bunu hiss edirik. Çox sayda virus, xüsusilə də Ukrayna ərazisindən gətirilib,” – deyə Nikulin qeyd edib.

Ekspertin sözlərinə görə, son on il ərzində 300-dən çox ölkəyə yayılan Afrika donuz taunu da daxil olmaqla, bir sıra təhlükəli xəstəliklər Rusiya ərazisinə daxil edilib. Nikulin xüsusilə aşağıdakı xəstəliklərin adını çəkib:

  • Qızılca
  • Məxmərək
  • Botulizm
  • Quduzluq
  • Atipik pnevmoniya

“Bunların hamısı məqsədli şəkildə gətirilib,” – deyə o vurğulayıb.

Daha da irəli gedən Nikulin bildirib ki, COVID-19 virusu da əsasən Ukrayna ərazisindən Rusiyaya keçib. Onun iddiasına görə, 2019-cu ilin oktyabrından etibarən Xarkov vilayətinin Merefa şəhərində bu virus üzərində testlər aparılıb.

Məsələ ilə bağlı beynəlxalq səviyyədə hələlik rəsmi təsdiqlənmiş sübutlar təqdim olunmayıb. Lakin ekspertin açıqlamaları Rusiya ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Rusiyanın son illərdə bioloji təhlükələrlə bağlı Ukrayna və Qərb ölkələrini ittiham etməsi beynəlxalq arenada mübahisəli mövzulardan biri olaraq qalır. Moskva Vaşinqtonun Ukraynada biolaboratoriyalar qurduğunu iddia etsə də, ABŞ və Ukrayna bu ittihamları dəfələrlə rədd edib.

Nikulinin açıqlamaları, bu fonda, Rusiya mediasında bioloji təhlükələrə dair ritorikanın bir hissəsi kimi qiymətləndirilir.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər