ABŞ-dən Zelenskiyə qarşı SUİ-QƏSD XƏBƏRDARLIĞI
ABŞ-da tanınmış köşə yazarı Skott Horton Ukrayna Prezidenti Vladimir Zelenskinin həyatı üçün real təhlükənin mövcud olduğunu bildirib.
Ajans.az xəbər verir ki,o,bu fikirləri jurnalist Endryu Napolitanonun YouTube kanalında qonaq olarkən səsləndirib.
Hortonun sözlərinə görə, Ukraynadakı millətçi qüvvələr Zelenskinin Rusiya ilə mümkün danışıqlara getməsinə qarşıdır və bu səbəbdən onu fiziki olaraq aradan qaldıra bilərlər.
“Bəli, düşünürəm ki, bunun — yəni Zelenskinin öldürülməsinin — real təhlükəsi var. Ona görə də mənə elə gəlir ki, o, ruslarla danışıqlar apara bilməyəcək”, – deyə Horton bildirib.
O əlavə edib ki, ukraynalı radikal millətçilərin bu cür hədəfləri həyata keçirmək üçün "bütün imkanlara" malik olduqları istisna edilmir.
Bundan əvvəl ABŞ-ın sabiq hərbi kəşfiyyat analitiki Skott Ritter də oxşar fikirlər səsləndirmişdi. Onun sözlərinə görə, Zelenskinin siyasi karyerası sonda onun fiziki məhv edilməsi ilə başa çata bilər, çünki o, “yanlış adamların arasından keçəcək”.
Ukrayna tərəfi hələlik bu açıqlamalara rəsmi reaksiya verməyib.