Ajans.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçda millimizi hesabı bərabərləşdirdi.

Görüşün 71-ci dəqiqəsində millimiz penalteni qola çevirdi. 

Qeyd edək ki, qolun müəllifi Emin Mahmudovdur. 

Yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub.

O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib.