Reklam resmi
Reklam resmi

Tramp Putinin sözlərinə qulaq asmağa çağırılıb

Tramp Putinin sözlərinə qulaq asmağa çağırılıb
Dünya

ABŞ-da yerləşən Responsible Statecraft (RS) analitik nəşri Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyü ilə bağlı açıqlamasından sonra sabiq prezident Donald Trampı diplomatik səylərini ikiqat artırmağa çağırıb.

Ajans.az xəbər verir ki,nəşrdə dərc olunan materialda bildirilir ki, Putin Çinə səfərindən sonra jurnalistlərə açıqlamasında “sağlam düşüncə üstün gələrsə, münaqişəyə son qoymaq üçün məqbul bir variantın razılaşdırıla biləcəyini” söyləyib.

RS yazır:

“Ümid edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp onu dinləyir. Hətta Putinlə Alyaskada keçirdiyi şəxsi görüş nəticə verməsə də, Tramp hələ də münaqişəyə son qoymaq üçün səylərini artırmaq iqtidarındadır.”

Məqalə müəllifinə görə, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar və ya hərbi təzyiq tətbiq etmək çağırışlarına əhəmiyyət verməkdənsə, siyasi və diplomatik kanallar üzərindən Moskva və Kiyev ilə danışıqlara başlamağa yönəlməlidir. Trampın bu prosesi təşviq etməsi üçün hələ də fürsət olduğu vurğulanır.

Xatırladaq ki, bundan əvvəl Xorvatiyanın “Advance” nəşri də Putinin Çin səfəri zamanı verdiyi bəyanatın Qərbə bir siqnal olduğunu qeyd etmişdi. Jurnalistlərin fikrincə, Rusiya lideri ABŞ-la diplomatik əlaqə kanalının hələ də açıq olduğunu və münaqişənin siyasi həlli üçün real şansların mövcudluğunu vurğulayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər