Avropa Şurasının rəhbəri: Aİ Trampla münasibətlərdə yeni səhifə açıb
Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampla münasibətlərdə “səhifəni çevirib”.
Ajans.az xəbər verir ki,u barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Financial Times-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Trampın vəzifəyə qayıtdıqdan sonra Avropaya qarşı sərt tənqidlərinə baxmayaraq, son aylar ərzində transatlantik münasibətlər sabitləşib.
“Doqquz ay əvvələ nəzər salsanız, yanvarda hamı həqiqətən qorxmuşdu – xüsusilə də ABŞ-la münasibətlərimiz baxımından. Lakin bu müddət ərzində biz transatlantik əlaqələri sabitləşdirməyə nail olduq”, – deyə Kosta vurğulayıb.
Avropa Şurasının rəhbəri həmçinin bildirib ki, son aylarda Aİ ilə ABŞ arasında əməkdaşlıq intensiv və mürəkkəb olub. Buna baxmayaraq, tərəflər birgə inkişaf üçün yeni ortaq zəmin formalaşdırıblar.
Qeyd edək ki, Kosta daha əvvəl Rusiyadan neft alan ölkələrə qarşı sanksiyaların sərtləşdirilməsi çağırışı ilə çıxış etmişdi. O, bu təşəbbüsün Ukrayna ilə bağlı danışıqlar prosesinin bir hissəsi olduğunu qeyd etmişdi.