Türkiyədə itkin düşən çinli turistin MEYİTİ TAPILDI
Türkiyədə itkin düşən çinli turistin meyiti Fethiyədən tapılıb.
30 yaşlı turistdən 25 avqust 2025-dən bəri xəbər almaq mümkün olmayıb. Onun son olaraq Kabak Koyu ilə Kelebeklər Vadisi arasında gəzinti zamanı foto paylaşdığı müəyyən edilib. Axtarış qrupları həmin paylaşım sayəsində onun yerini müəyyənləşdirə bilib. Günlərlə davam edən intensiv axtarışlar nəticəsində Xu Wenkai ölü halda tapılıb. Hadisə ilə bağlı istintaq aparılır.