Avropada səsvermə: Vətəndaşlar narazılıq edir
Almanların 62 faizindən çoxu kansler Fridrix Merzin başçılıq etdiyi hakim koalisiyanın işindən narazıdır.
Ajans.az “Bild” nəşrinin məlumatlarına istinadən xəbər verir ki, Almaniyada vətandaşları kanslerin gördüyü işləri yetərsiz hesab edir.
“Respondentlərin yalnız 27 faizi kabinetin işindən razı qaldıqlarını bildiriblər. Bu da bir neçə həftədir ki, dəstək səviyyəsinin kritik səviyyədə qaldığını göstərir.
Eyni zamanda, almanların 59 faizi kanslerin hərəkətlərindən narazıdır. Respondentlərin yalnız 29 faizi onun işini müsbət qiymətləndirib”.
Sorğu sentyabrın 4-dən 5-dək aparılıb və 1003 nəfər iştirak edib.
Mövzular: