Bəzi yerlərdə leysan olub, çaylardan güclü sel keçib - FAKTİKİ HAVA
Sentyabrın 5-i saat 19:00-a olan faktiki hava açıqlanıb.
Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti tərəfindən məlumat verilib.
Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır.
Yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.
Sel rayonun ucqar dağ kəndlərindən olan Alaxançalıda bir sıra fəsadlar törədib.
Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.
Mövzular: