Reklam resmi
Reklam resmi

Tramp: “Putinlə münasibətləri korlamaq istəmirəm”

Tramp: “Putinlə münasibətləri korlamaq istəmirəm”
Dünya

ABŞ prezidenti Donald Tramp müşavirlərinə bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə münasibətləri pozmaq niyyətində deyil.

Ajans.az xəbər verir ki,bu barədə NBC News, Ağ Evə yaxın mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Tramp hesab edir ki, nüvə arsenalına nəzarət edən Rusiya lideri ilə konstruktiv əlaqələrin qorunması ABŞ-ın milli maraqları baxımından vacibdir.

“Tramp müşavirlərinə deyib ki, o, Putinlə münasibətləri korlamamaqda qərarlıdır”, – mənbələrdən biri qeyd edib.

Adının açıqlanmasını istəməyən rəsmi şəxs əlavə edib ki, Putinlə yaxşı şəxsi münasibətlər Tramp üçün “potensial üstünlük” hesab olunur. Bu, onun Ukraynadakı münaqişənin nizamlanması prosesində vasitəçi kimi çıxış etməsinə imkan verə bilər. Mənbənin fikrincə, belə şəraitdə Trampa həm Moskvada, həm də Kiyevdə etibar edilə bilər.

Xatırladaq ki, daha əvvəl The Wall Street Journal yazmışdı: Tramp Avropa liderləri ilə danışıqlara baxmayaraq, Rusiyaya qarşı sanksiyalarla bağlı konkret öhdəliklər götürməkdən çəkinib.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər