Reklam resmi
Reklam resmi

Ermənistan MN müavini: “Büdcəmiz Azərbaycanın hərbi büdcəsi səviyyəsinə çatmayacaq”

Ermənistan MN müavini: “Büdcəmiz Azərbaycanın hərbi büdcəsi səviyyəsinə çatmayacaq”
Siyasət

Ermənistan Respublikasının müdafiə nazirinin müavini Hraçya Sarkisyan 2026-cı il büdcəsində Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulan vəsaitin azaldılıb-azaldılmayacağı ilə bağlı suala cavab verib.

Ajans.az Ermənistan mediasına istinadən xəbər verir ki, gələn il üçün planlaşdırılan xərclər bu il və əvvəlki illərdə olduğu kimi olacaq:

“Ortamüddətli proqramlarda təsdiqlənən və nəzərdə tutulan işləri davam etdirəcəyik. Büdcə dekabrda Milli Məclis tərəfindən təsdiqlənəcək və o zaman dəqiq məlum olacaq. Amma əmin ola bilərsiniz ki, Müdafiə Nazirliyi 2026-cı ildə 2024 və 2025-ci illərdə olduğu kimi fəaliyyət göstərəcək.”

Ermənistan rəsmisi Azərbaycanın silahlanmada intensivləşdiyini, lakin Ermənistanın Müdafiə Nazirliyinin büdcəsinin artırılmadığını vurğulayıb. O qeyd edib ki, son 30 ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən dəfələrlə çox olub. Sarkisyan yekun olaraq bildirib: “Biz dövlət büdcəmizi Azərbaycanın hərbi büdcəsi səviyyəsinə qədər artırmayacağıq.”

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Hraçya Sarkisyan

Digər Xəbərlər