Reklam resmi
Reklam resmi

Messi 2026-cı il dünya çempionatında iştirakdan imtina edə bilər

Messi 2026-cı il dünya çempionatında iştirakdan imtina edə bilər
İdman

Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi 2026-cı il futbol üzrə dünya çempionatında iştirak etməyə bilər.

Ajans.az xəbər verir ki,bu barədə ESPN məlumat yayıb.

38 yaşlı futbolçu bildirib ki, qərarını sağlamlıq durumuna əsaslanaraq verəcək:

“Əgər mənim üçün çətin olarsa, oynamamağı üstün tutaram. Doqquz ay uzun müddətdir. Mövsüm ilin sonunda bitir və mövsümöncəsi hazırlıqdan sonra özümü necə hiss etdiyimi görəcəyəm.”

Messi milli komandada 2005-ci ildən çıxış edir və beş dünya çempionatında iştirak edib. O, 2014-cü ildə gümüş medal qazanıb, 2022-ci ildə isə dünya çempionu olub.

Əfsanəvi futbolçu bu yaxınlarda 1116 oyunda 875 qol vuraraq növbəti rekorda imza atıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Mess “İnter Mayami”

Digər Xəbərlər