Reklam resmi
Reklam resmi

Putin və Kim Çen görüşündə gözlənilməz İNSİDENT

Putin və Kim Çen görüşündə gözlənilməz İNSİDENT
Dünya

Pekində Rusiya və Şimali Koreya liderləri, Vladimir Putin və Kim Çen İn arasında keçirilən son görüş gözlənilməz insidentlə başlayıb. Belə ki, hər iki tərəfin xüsusi xidmət əməkdaşları tədbirdən əvvəl kondisionerin pultuna görə mübahisəyə başlayıblar.

Ajans.az xəbər verir ki, Şimali Koreya mühafizəçisi divarda yerləşən pultu ələ keçirərək temperaturu +23°C-yə qaldırıb.

Rusiyalı həmkarı isə buna etiraz edərək, rus dilində +20°C tələb edib.

Bundan sonra tərəflər arasında “düymə savaşı” başlayıb.

Onlar bir müddət bir-birlərinin barmaqlarını pultdan ayırmağa çalışıblar. 

Nəhayət, mühafizəçilərdən biri soyuqqanlılığını itirib və ani hərəkətlə məsələni öz xeyrinə həll edib.\Globalinfo.az

Mövzular:
Pekin Kim Çen Putin görüş hadisə

Digər Xəbərlər