Reklam resmi
Reklam resmi

Ata və oğlu ildırım vuraraq öldürüb

Ata və oğlu ildırım vuraraq öldürüb
Dünya

Türkiyənin Ərzurum vilayətində faciəvi hadisə baş verib. Şenkaya rayonunun Sındıran məhəlləsində yaylağa mal-qaranı otarmağa çıxan ata və oğul ildırım vurması nəticəsində həyatlarını itiriblər.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə Abdulmenaf Kısak (50) və onun 14 yaşlı oğlu Bayram Kısakın yaylada olduğu vaxt baş verib. Güclü yağış və ildırım zamanı ata və oğulun bədəninə ildırım düşüb.

Ətrafdakı şəxslərin dərhal 112 Təcili Yardım Xidmətinə məlumat verməsi ilə hadisə yerinə jandarma və təcili tibbi yardım qrupları cəlb olunub. Aparılan ilkin yoxlamalar nəticəsində hər iki şəxsin hadisə yerində həyatını itirdiyi müəyyən olunub.

Mərhumların cəsədləri hüquqi ekspertiza və yarılma üçün xəstəxananın meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Ərzurum

Digər Xəbərlər