ABŞ hava limanında iki sərnişin təyyarəsi toqquşub
ABŞ hava limanında iki United Airlines təyyarəsi toqquşub.ABŞ-da iki United Airlines sərnişin təyyarəsi sərnişinlər reysə minərkən toqquşub.
Ajans.az xəbər verir ki,bu barədə The New York Post (NYP) məlumat yayıb.
Mənbənin məlumatına görə, insident sentyabrın 1-də yerli vaxtla saat 21:10 radələrində Kaliforniya ştatının San-Fransisko Beynəlxalq Hava Limanında baş verib. Denverə uçan təyyarələrdən biri dayanacaqdan uzaqlaşaraq Bostona gedən qonşu təyyarənin quyruğuna çırpılıb.
Şirkətin müştəriləri güclü təkan hiss ediblər və bunu zəlzələ ilə müqayisə ediblər. Heç kim xəsarət almayıb. İnsanlar ehtiyat təyyarələrlə təyinat hava limanlarına çatdırılıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) nəşrə bildirib ki, toqquşma aviadispetçerlərin uçuşlarla əlaqə saxlamadığı ərazidə baş verib. Hazırda FAA hadisənin səbəblərini araşdırır.
Bundan əvvəl ABŞ-ın Kolorado ştatında hava limanına eniş zamanı iki təyyarə havada toqquşaraq tamamilə yanıb. Hər gəminin göyərtəsində iki nəfər var idi.