Putin Azərbaycanla münasibətlərə dair sualı BELƏ CAVABLADI
Azərbaycanla Rusiya arasında fundamental münasibətlər hər şeyi öz yerinə qoyacaq.
Ajans.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O, jurnalistlərə bildirib ki, militarist Yaponiya üzərində qələbənin və İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinin qeyd edilməsi münasibətilə bu gün Pekində keçirilmiş təntənəli mərasimlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə iki-üç kəlmə danışıb.
"Mövcud vəziyyətə əsaslanan münasibətlərdə həmişə suallar olur, problemlər var, lakin mən bu gün Prezident Əliyevlə salamlaşdım, onunla və həyat yoldaşı ilə salamlaşdım. İki-üç kəlmə danışdıq", - deyə Rusiya lideri Çinə səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında bildirib.
Moskva-Bakı münasibətlərinin vəziyyətini şərh edən Putin vurğulayıb ki, ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətdən və hər hansı bir siyasi konyukturadan irəli gələrək müəyyən məsələlər yaranır:
"Amma mən hesab edirəm ki, Azərbaycanla Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər halda hər şeyi öz yerinə qoyacaq" - deyə Rusiya dövlət başçısı qeyd edib.