Reklam resmi
Reklam resmi

Çin Pekin paradında “Amerikaya salam” göndərdi

Çin Pekin paradında “Amerikaya salam” göndərdi
Dünya

Çin Tayvan ətrafında gərginlik fonunda hərbi gücünü nümayiş etdirərək yeni pilotsuz sistemlərini təqdim edib.

Ajans.az “Vzqlyad”a istinadən xəbər verir ki, Pekində keçirilən paradda quru, dəniz və hava dronları nümayiş olunub. Ekspert xatırladıb ki, Çin bu sahədə böyük irəliləyiş əldə edib və dünyada geniş yayılan Mavic dronları da məhz Çin istehsalıdır.

Təqdim edilən yeniliklər arasında FH-97A “Feihong” reaktiv mühərrikli pilotsuz təyyarəsi xüsusilə diqqət çəkib. Aparat elektron müharibə vasitələri ilə hava hücumundan müdafiəni zəiflətmək, kəşfiyyat aparmaq və raket hücumları barədə xəbərdarlıq etmək imkanına malikdir.

Radarlara demək olar ki, görünməyən GJ-11 “Sharp Sword” hücum dronu da təqdim olunub. O, saatda 1000 km sürət yığa bilir və PL-15 raketləri ilə yanaşı, 500 kiloqramlıq idarə olunan bombalar da daşıya bilir.

Knutovun sözlərinə görə, xüsusi maraq doğuran digər texnologiya isə Rusiyanın “Poseydon”una bənzəyən AJX002 sualtı aparatı olub: “Uzunluğu 20 metr, diametri isə 1,5 metrdir. Bir kilometr dərinlikdə saatda 190 km sürətlə hərəkət edə bilir. Çində bu torpedo ‘Amerikaya salam’ adlandırılır”, – ekspert qeyd edib.

Bundan başqa, parad zamanı sursat çatdıran sistemlər və “robot itlər” də nümayiş etdirilib. Knutov vurğulayıb ki, Çin bütün sahələrdə hərbi potensialını artırmaq niyyətindədir: “Tayvan məsələsi getdikcə kəskinləşir. Çin göstərdi ki, lazım gələrsə, hərbi əməliyyatlara tam hazırdır və qalib gələ bilər”.

Daha əvvəl bildirilmişdi ki, Tiananmen meydanındakı paradda ABŞ-la mümkün münaqişədə istifadə oluna biləcək yeni zirehli texnika, lazer silahları və raketlər də təqdim olunub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin ABŞ

Digər Xəbərlər