Litvada dron prezidentin təyyarəsinin enişinə mane olub
Vilnüsdə Litva prezidenti Gitanas Nausedanın olduğu təyyarənin enişi pilotsuz uçuş aparatına görə gecikib.
Ajans.az TASS-a istinadən xəbər verir ki, Litva Hərbi Hava Qüvvələrinə məxsus “Spartan” təyyarəsi naməlum PUA səbəbindən Vilnüs hava limanına planlaşdırılandan gec enib. Hadisə zamanı hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Təhlükə olmadığı müəyyənləşdirildikdən sonra hava hərəkəti bərpa olunub.
Litvanın Nəqliyyat və Rabitə Nazirliyi bildirib ki, havaya buraxılan dron reklam məqsədilə istifadə olunub, lakin uçuş məhdudiyyətlərinin vaxtı pozulub.
Xatırladaq ki, daha əvvəl prezident Nauseda Ukraynaya hərbi kontingent göndərməyə hazır olduqlarını bəyan etmişdi. Onun sözlərinə görə, söhbət Əfqanıstan missiyası təcrübəsində olduğu kimi, bir neçə yüz əsgərin göndərilməsindən gedə bilər.
Mövzular: