Putin və Kim Çen In eyni avtomobildə danışıqlara gediblər
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pekində ikitərəfli danışıqlara eyni Aurus avtomobilində yollanıblar.
Ajans.az xəbər verir ki,bu barədə Kremlin rəsmi Telegram kanalında yayımlanıb.
Məlumata görə, “Militarist Yaponiya üzərində Qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması” ilə bağlı təntənəli qəbuldan sonra Putin və Kim Çen In danışıqlara gediblər. Görüşün Rusiya liderinin Pekində qaldığı müddətdə yerləşdiyi Dyaoyutay dövlət iqamətgahında keçiriləcəyi bildirilib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun Şimali Koreya lideri ilə telefon danışığı apardığı məlum olmuşdu. Kim Çen In həmkarını istənilən vaxt ölkəsinə səfərə dəvət edib.
Qeyd edək ki, Şimali Koreya liderini Çinə səfərində bu dəfə qızı Kim Ju-ae müşayiət edir. Onun əvvəlki üç səfərində isə həyat yoldaşı Ri Sol-ju yanında olub.
Mövzular: