Ajans.az-ın məlumatına görə, bu barədə sorğuya cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində ödəm, sol əl pəncəsində ödəm müşahidə olunub.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.