Reklam resmi
Reklam resmi

Trampın açıqlamasının mövzusu bəlli olub

Trampın açıqlamasının mövzusu bəlli olub
Dünya

ABŞ prezidenti Donald Trampın yaxın vaxtlarda verəcəyi açıqlamanın mövzusu məlum olub.

Ajans.az xəbər verir ki,bu barədə Fox News müxbiri Ceki Haynrix sosial şəbəkədəki hesabında Trampın çıxışının Pentaqonla bağlı olacağını yazıb.

Jurnalist Ağ Evin mətbuat katibi Karolin Levitinə istinad edərək bildirib ki, “Prezident Tramp ABŞ Müdafiə Nazirliyinə aid həyəcanverici bəyanat verəcək”.

Daha əvvəl Trampın saat 14:00-da (Moskva vaxtı ilə 21:00) Ağ Evin Oval kabinetindən elan olunmamış mövzuda çıxış edəcəyi bildirilmişdi.

Qeyd edək ki, avqustun 25-də Tramp ABŞ Müdafiə Nazirliyinin köhnə adını – “Müharibə Departamenti” – bərpa etməyə üstünlük verdiyini açıqlamışdı. Onun fikrincə, bu departamentin adı ABŞ-ın yalnız müdafiə deyil, həm də hücum qabiliyyətini əks etdirməlidir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp ABŞ

Digər Xəbərlər