Reklam resmi
Reklam resmi

Təbii fəlakət:50 min nəfər sürüşmə təhlükəsi səbəbindən təxliyə edilib

Təbii fəlakət:50 min nəfər sürüşmə təhlükəsi səbəbindən təxliyə edilib
Dünya

Yaponiyanın şimal-qərbində yerləşən Akita prefekturasında davam edən yağışlar nəticəsində sürüşmə təhlükəsi yaranıb və təxminən 50 min sakin təxliyə edilib.

Ajans.az NHK telekanalına istinadən xəbər verir ki, Akita şəhərində sürüşmə riski olan ərazilərdə yaşayan 23,1 min ev təsərrüfatı və 46 min nəfər üçün təxliyə əmri verilib.

Bundan əlavə, Noşiro və Gozeme şəhərlərində də evakuasiya əmrləri verilib. Noşiroda sürüşmə təhlükəsi olan bölgələrdə 58 ev təsərrüfatından 98 nəfər təxliyə olunub. Gozemeda isə Moriyama, Okava, Babame, Umaqava və Futsunai rayonlarında sakinlər üçün təxliyə tədbirləri həyata keçirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya yağışlar

Digər Xəbərlər