Gözəllik kraliçası qəzada həyatını itirdi
Qvatemalada 20 yaşlı gözəllik kraliçası Alondra Marianela Hernandez Peres motosiklet qəzasında dünyasını dəyişib. Hadisə avqustun 26-da San-Markos və Kvetsaltenanqo şəhərləri arasındakı magistral yolda baş verib.
Ajans.az Need To Know (NTK)-ya istinadən xəbər verir ki, Peres işə gedərkən motosikletin idarəetməsini itirib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Sözügedən yol ölkənin ən təhlükəli magistrallarından biri kimi tanınır.
Alondra Hernandez Peres 2024-cü ildə La Blanka şəhərinin gözəllik kraliçası seçilmişdi. Yerli mediaya görə, o, modellik sahəsində perspektivli karyerasının başlanğıcında idi.
Mövzular: