ABŞ Rusiyaya təsir imkanlarını nəzərdən KEÇİRƏCƏK
ABŞ hakimiyyəti bu həftə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya təsir imkanlarını nəzərdən keçirəcək.
Ajans.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib .
“Düşünürəm ki, ABŞ Prezidenti Donald Trampla bütün variantlar mümkündür” - deyə, o vurğulayıb.
ABŞ maliyyə nazirinin sözlərinə görə, Trampın Rusiya Prezidenti Vladimir Putinlə Ankoricdə ( Alyaska ) görüşündən sonra Ukrayna ərazisinə hücumlar güclənib.
Mövzular: