Reklam resmi
Reklam resmi

Zelenski Parisdə Aİ liderlərinin görüşünə qatılacaq

Zelenski Parisdə Aİ liderlərinin görüşünə qatılacaq
Dünya

Ukrayna prezidenti Vladimir Zelenski Fransanın paytaxtı Parisdə keçiriləcək Avropa İttifaqı (Aİ) liderlərinin görüşündə iştirak edəcək.

Ajans.az Agence France-Presse-ə (AFP)  istinadən xəbər verir.

“Biz Zelenski ilə Avropa liderləri arasında belə bir görüşü planlaşdırırıq”, – mənbə bildirib.

Məlumata görə, danışıqlarda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsi gündəlikdə olacaq. ABŞ prezidenti Donald Trampın iştirakının isə hələlik təsdiqlənmədiyi vurğulanır.

Bundan əvvəl açıqlanmışdı ki, görüşdə Aİ liderləri və NATO baş katibi Ukraynadakı münaqişənin həlli yollarını da müzakirə edəcəklər. Tədbirin sentyabrın 4-də Parisdə keçirilməsi planlaşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Vladimir Zelenski Avropa İttifaqı

Digər Xəbərlər