Reklam resmi
Reklam resmi

Kim Çen In Pekinə səfərə yola düşüb

Kim Çen In Pekinə səfərə yola düşüb
Dünya

Şimali Koreya lideri Kim Çen In xüsusi qatarla Pxenyandan Pekinə yola düşüb.

Ajans.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Kim Çen In günorta saatlarında paytaxtı tərk edib və qatar hazırda yoldadır. Onun gecə saatlarında Şimali Koreya-Çin sərhədini keçərək növbəti gün Pekinə çatacağı gözlənilir. Pxenyandan Pekinə qatarla səyahət adətən 20-24 saat davam edir.

Şimali Koreya liderinin bu səfəri İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirakla bağlıdır. Bu, onun xaricə rəsmi səfərləri arasında on birincisi olacaq.

Səfər ərəfəsində Kim Çen In xüsusi hərbi əməliyyatda həlak olmuş Şimali Koreya əsgərlərinin ailələri ilə də görüş keçirib və onlara başsağlığı verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kim Çen In

Digər Xəbərlər