Festivalda kişi ölü tapılıb – Bu ölkədə...
ABŞ-ın Nevada ştatında keçirilən məşhur “Burning Man” festivalında faciə baş verib. Şənbə gecəsi festival ərazisində bir kişi qan gölündə ölü vəziyyətdə tapılıb.
Ajans.az BBC-ə istinadən xəbər verir ki, festival iştirakçılarından biri hadisəni saat 21:14 radələrində (04:14 GMT) polis əməkdaşına bildirib. Şahid düşərgədə yerdə uzanmış vəziyyətdə olan, həyat əlaməti göstərməyən şəxsi gördüyünü deyib.
Cəsəd, festivalın simvolu sayılan nəhəng taxta insan fiqurunun yandırılması zamanı aşkar olunub. Qurbanın şəxsiyyəti hələ ki, müəyyən edilməyib.
Hadisə yerində polis və məhkəmə-tibb ekspertləri araşdırma aparır. Ərazi mühasirəyə alınıb, bir neçə iştirakçı ilə sorğu-sual edilib. Şerif Cerri Allen bildirib ki, ilkin əlamətlər hadisənin tək cinayət ola biləcəyini göstərsə də, bütün iştirakçılar diqqətli olmalı və ətrafdakılara qarşı ayıq-sayıq davranmalıdırlar.
“Burning Man Project” təşkilatı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini açıqlayıb və iştirakçılardan istintaqa mane olmamağı xahiş edib.
On minlərlə insanın qatıldığı “Burning Man” hər il Qara Qaya səhrasında qurulan “müvəqqəti metropol” Black Rock City-də keçirilir. Bu il festival bazar ertəsi başa çatacaq.