Reklam resmi
Reklam resmi

Rusiyada məktəbli 1 sentyabr tədbirindən sonra dünyasını dəyişib

Rusiyada məktəbli 1 sentyabr tədbirindən sonra dünyasını dəyişib
Dünya

Ulyanovsk vilayətinin Oktyabrski kəndində faciəvi hadisə baş verib. Liseyin 12 yaşlı şagirdi 1 sentyabr – Bilik Günü münasibətilə keçirilən tədbirdən sonra halı pisləşib və dünyasını dəyişib.

Ajans.az Rusiya İstintaq Komitəsinin regional idarəsinə istinadən xəbər verir ki, məktəbli dərhal tibb müəssisəsinə aparılıb və ona zəruri tibbi yardım göstərilib. Lakin həkimlərin səylərinə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı ilkin araşdırma aparılır.

Məlumata görə, yeniyetmənin vəziyyəti təntənəli məclis zamanı isti hava səbəbindən pisləşib. İlkin ehtimallara əsasən, onun ürəyində anadangəlmə qüsur olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Bilik Günü

Digər Xəbərlər