Reklam resmi
Reklam resmi

Putin: Trampla Ukrayna müharibəsinin sona çatması ilə bağlı “anlaşa bilmişik”

Putin: Trampla Ukrayna müharibəsinin sona çatması ilə bağlı “anlaşa bilmişik”
Dünya

Rusiya prezidenti Vladimir Putin ötən ay Alyaskada ABŞ prezidenti Donald Trampla görüşündə Ukrayna müharibəsinin sona çatması ilə bağlı müəyyən “anlaşmalar” əldə etdiklərini bildirib. Lakin o, bu anlaşmanın Ukrayna prezidenti Vladimir Zelenski ilə sülh danışıqlarına gətirib çıxarıb-çıxarmayacağını açıqlamayıb.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən Putin müharibəni Qərbin Ukraynanı NATO-ya qoşmaq cəhdləri və “Ukraynada çevriliş” ilə əlaqələndirməyə davam edib. Eyni zamanda, o, Alyaskada Trampla əldə olunan razılaşmaların Ukraynada sülhə yol aça biləcəyinə ümid etdiyini bildirib.

Alyaska görüşündən sonra ABŞ-ın xüsusi elçisi Steve Witkoff açıqlayıb ki, Putin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı potensial razılığa gəlmiş, lakin Moskva bunu hələ təsdiqləməyib. Zelenski isə bu həftə təhlükəsizlik zəmanətləri çərçivəsinin kağız üzərində hazırlanmasını gözlədiyini bildirib.

Müharibə isə davam edir. Keçən həftə Moskva Kiyevə 600-dən çox pilotsuz uçan aparat və raket zərbəsi endirib, nəticədə 23 nəfər həlak olub. Avropa liderləri Rusiyaya təzyiq göstərərək sülh prosesini irəlilətməyə çalışır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Vladimir Putin Donald Tramp

Digər Xəbərlər