Pakistanda ordu helikopteri qəzaya uğradı: 5 nəfər həlak olub
Pakistanın şimalında orduya məxsus helikopter qəzaya uğrayıb. Rəsmilərin məlumatına görə, göyərtədə olan iki pilot və üç texniki heyət üzvü hadisə nəticəsində həlak olub.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, helikopter texniki nasazlıq səbəbindən Gilgit-Baltistan bölgəsində yerə çırpılaraq yanıb. Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Pakistanda hərbi helikopter qəzaları tez-tez baş verir. Ötən ay daşqınlardan zərər çəkmiş Bajaur bölgəsinə yardım aparan vertolyot pis hava şəraiti səbəbindən qəzaya uğramış, nəticədə beş nəfər həyatını itirmişdi. 2024-cü ilin sentyabrında isə mühərrik nasazlığına görə şimal-qərbdə baş verən qəza altı nəfərin ölümü ilə nəticələnmişdi.
Mövzular: