Hindistanın baş naziri Putinlə görüşdə Ukrayna ilə bağlı mövqeyini açıqladı
Hindistan Rusiyanın Ukraynadakı münaqişənin həlli istiqamətində atdığı addımları dəstəkləyir və sülhə nail olmaq üçün yollar tapmağa çağırır.
Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki,bu barədə baş nazir Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib, – RİA Novosti xəbər verir.
“Biz sülhün bərqərar olması üçün son vaxtlar göstərilən bütün səyləri alqışlayırıq və ümid edirik ki, tərəflər bu məsələyə konstruktiv yanaşacaqlar. Münaqişəyə son qoymaq və mümkün qədər tez sülhə nail olmaq vacibdir”, – deyə Modi vurğulayıb.
Hindistanın baş naziri əlavə edib ki, Nyu-Dehli mütəmadi olaraq Moskva ilə Ukrayna gündəminə dair fikir mübadiləsi aparır.
Qeyd edək ki, bu, Putinlə Modinin cari ildə ilk şəxsi görüşüdür. Görüş öncəsi iki lider arasında ikitərəfli danışıqlar başladığı açıqlanmışdı.
Mövzular: