ASSAN Group şirkətinin rəhbərləri bu səbəbdən HƏBS EDİLDİ
Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə və hərbi casusluqda ittiham edilərək saxlanılan ASSAN Group şirkətinin sahibi Emin Öner və şirkətin baş direktoru Gürcan Okumuş həbs edilib.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki, məhkəmə FETÖ ilə əlaqə və hərbi casusluq ittihamı ilə saxlanılan ASSAN Qrupun sahibi və baş meneceri barəsində həbs qəti imkan tədbiri həyata keçirilməsini istəyib.
Qeyd etdiyimiz kimi, “ASSAN Group” şirkətinin sahibi Emin Öner və şirkətin baş direktoru Gürcan Okumuş Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə olmaqda və hərbi casusluqda şübhəli bilinərək saxlanılıb.
İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində ASSAN Group adı ilə fəaliyyət göstərən şirkətin sahibi şübhəli Emin Öner və şirkətin baş direktoru Gürcan Okumuş İstanbul Ədliyyəsində saxlanılaraq prokuror tərəfindən dindirilib.
FETÖ təşkilatı çərçivəsində "silahlı terror təşkilatına üzv olmaq" və "dövlət təhlükəsizliyi ilə bağlı sənədləri məhv etmək, sui-istifadə etmək və oğurlamaq" ittihamları ilə şübhəli Öner həbs olunması üçün Sülh Məhkəməsinə sövq edilib.
Okumuş isə şübhəli Önerin "Dövlət təhlükəsizliyinə aid sənədləri məhv etmək, sui-istifadə etmək və oğurlamaq" ittihamı ilə həbs üçün Sülh Məhkəməsinə sövq edilib.
Öner FETÖ Silahlı Terror Təşkilatına üzv olmaq və dövlət təhlükəsizliyi ilə bağlı sənədləri oğurlamaqda, Gürcan Okumuş isə dövlət təhlükəsizliyi ilə bağlı sənədləri saxlamaqda, dövlət təhlükəsizliyi ilə bağlı sənədləri gizlətməkdə ittiham olunaraq həbs edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.