Reklam resmi
Reklam resmi

Ali Radanın eks-spikeri öldürüldü

Ali Radanın eks-spikeri öldürüldü
Dünya

Bu gün Ukraynanın Lvov şəhərində baş verən atışma nəticəsində Ali Radanın eks-spikeri Andrey Parubiy öldürülüb.

Ajans.az xəbər verir ki, bu barədə “Suspilne” nəşri məlumat yayıb. 

Yerli hüquq-mühafizə orqanları şəhərdə atışma olduğunu təsdiqləyib və bildirilib ki, hazırda siyasi xadimin qətlinin səbəbləri araşdırılır. 

Qeyd olunub ki, atışma bu gün günorta saatlarında baş verib. Aldığı xəsarətlər nəticəsində 1971-ci il təvəllüdlü zərərçəkmiş yerindəcə keçinib. Atəş açan şəxsin kimliyi məlum deyil.

Mövzular:
Ali Radanın eks-spikeri ölüm

Digər Xəbərlər