Reklam resmi
Reklam resmi

Zaxarova: “Özbəkistan suveren dövlətdir, Moskva münasibətləri yüksək qiymətləndirir”

Zaxarova: “Özbəkistan suveren dövlətdir, Moskva münasibətləri yüksək qiymətləndirir”
Dünya

Rusiya Xarici İşlər Nazirliyi Özbəkistanın suveren dövlət olduğunu və Moskvanın Daşkəndlə əməkdaşlığı yüksək qiymətləndirdiyini bəyan edib.

Ajans.az xəbər verir ki,bu barədə XİN sözçüsü Mariya Zaxarova brifinqdə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Kiyev və Bakı ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.

“Özbəkistan Respublikası suveren dövlətdir. O, yaxın və uzaq qonşularla mehriban qonşuluq və konstruktiv əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş xarici siyasətini müstəqil şəkildə həyata keçirir”, – Zaxarova deyib.

Onun sözlərinə görə, Moskva ilə Daşkənd arasındakı münasibətlər hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır, dostluq və qarşılıqlı faydaya əsaslanır.

Xatırladaq ki, prezident Mirziyoyev bir müddət əvvəl Azərbaycan rəhbərliyinin siyasətini yüksək qiymətləndirmiş, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini Müstəqillik Günü münasibətilə təbrik etmişdi. Zelenski isə Özbəkistana göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Xarici İşlər Nazirliyi Özbəkistan Mariya Zaxarova

Digər Xəbərlər