Reklam resmi
Reklam resmi

Moskva-Antalya reysində sərnişinlər isti səbəbindən huşlarını itirdi

Moskva-Antalya reysində sərnişinlər isti səbəbindən huşlarını itirdi
Dünya

Moskva-Antalya reysi ilə uçan sərnişinlər təyyarədə yüksək temperatur səbəbindən huşlarını itiriblər.

Ajans.az Shot Telegram kanalına istinadən xəbər verir ki,videolarda sərnişinlərin arxa fonada “İnsanlar xəstədir”, “Gəlin çölə çıxaq” qışqırıqları eşidildiyi, bəzi sərnişinlərin isə özlərini qəzetlərlə havalandırmağa çalışdığı görünür.

Məlumata görə, Southwind Airlines-a məxsus təyyarə enişdən dərhal sonra Türkiyəyə uçmalı idi, lakin kabinədə işləməyən kondisioner səbəbindən sərnişinlər iki saatdan çox qapalı şəraitdə saxlanılıb. Havanın temperaturunun təxminən 30 dərəcəyə çatdığı bildirilib.

Yalnız bir neçə sərnişin xəstələndikdən sonra ekipaj təyyarənin qapılarını açıb, zərərçəkənlər üçün pandus və təcili yardım maşını hazırlayıb. Daha sonra sərnişinlərdən yenidən təyyarəyə minmək tələb olunub, bu zaman kabinədə dava baş verib və polis çağırılaraq problem yaradan sərnişinləri çıxarıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Moskva Antalya

Digər Xəbərlər